Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2020 09:26
“Liverpul”un baş məşqçisi Yurgen Klopp bildirib ki, onu bütləşdirmək lazım deyil.
Qol.az ESPN-ə istinadən xəbər verir ki, 30 illik fasilədən sonra mersaydlılara İngiltərə çempionluğu qazandıran alman mütəxəssis deyib:
“Düzü, heykəllər məni maraqandırmır. Bu komandanın baş məşqçisiyəm və biz çempionluğu qazanmışıq. Amma bu o demək deyil ki, məni bütləşdirmək lazımdır. Dörd il yarımdır ki, buradayam. Çalışıram ki, öz işimi görüm. Şəhəri sevirəm. Mənə heykəl qoyulması mümkün və lazım da deyil”.