Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb - Faktiki hava

Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb - Faktiki hava

Tarix: 27 Iyun 2020 13:00

İyunun 27-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, Sarıbaşda intensiv və güclü olub.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, düşən yağışın miqdarı Sarıbaşda (Qax) 43, Xınalıqda 6, Qusarda 5, Qəbələ, Xaltan, Qrızda 4, Gədəbəy, Altıağac, Yardımlıda 3, Kişçay (Şəki), Sədərək, Daşkəsən, Şahdağda 2, Tərtər, Bərdə, Zərdab, Ağstafa, Balakən, Gəncə, Şəmkir, Lerikdə 1 mm-dək olub.

Qərb küləyi Naftalanda 30, Tərtər, Gəncə, Salyanda 28, Şəmkir, Neftçala, Beyləqanda 20, diləsuvarda 19, Sabirabadda 17, Qazıməmməd, Şəmkirdə 16, Abşeron yarımadasında 20-23, arabir 26 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-29, aran rayonlarında 31-34, dağlıq rayonlarda 25 dərəcəyədək, Naxçıvan MR-da 33-35 dərəcə isti olub

Milli.Az


Etiketlər:  Bəzi yerlərdə şimşək çaxıb yağış yağıb Faktiki hava


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ