Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Montella ''Fiorentina''da qalır - rəsmi

Montella ''Fiorentina''da qalır - rəsmi

Tarix: 15 Iyun 2019 02:04

"Fiorentina"nın yeni sahibi Rokko Kommisso komandanın baş məşqçisi Vinçentso Montella ilə bağlı qərarını açıqlayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, 44 yaşlı mütəxəssislə əməkdaşlığa davam edəcəklərini bildirib.

Qeyd edək ki, Montella apreldə İtaliya təmsilçisinə qayıdıb. Onun rəhbərliyi altında komanda keçirdiyi 8 matçın heç birində qələbə qazana bilməyib. İtaliyalı mütəxəssis 2012-2015-ci illərdə də “Fiorentina”nı çalışdırıb.

 


Etiketlər:  Montella Fiorentinada qalır rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ