Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2019 02:04
"Fiorentina"nın yeni sahibi Rokko Kommisso komandanın baş məşqçisi Vinçentso Montella ilə bağlı qərarını açıqlayıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, 44 yaşlı mütəxəssislə əməkdaşlığa davam edəcəklərini bildirib.
Qeyd edək ki, Montella apreldə İtaliya təmsilçisinə qayıdıb. Onun rəhbərliyi altında komanda keçirdiyi 8 matçın heç birində qələbə qazana bilməyib. İtaliyalı mütəxəssis 2012-2015-ci illərdə də “Fiorentina”nı çalışdırıb.