Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2020 21:45
"Özünü nə qədər qorusan, maska taxsan da, çirkli əllərlə gözə toxunmaqla da virusa yoluxa bilərsən. Həmin riski azaltmaq üçün yuyulmamış əllərlə nəinki gözlərə, ağız və buruna toxunmaq olmaz".
Sonxeber.net xəbər verir ki, bunu AZƏRTAC-a COVID-19-un gözlərdə yaratdığı təhlükə barədə Bakı Baş Səhiyyə İdarəsinin baş oftalmoloqu Sevda Bəşirova deyib: "Gözlərin koronavirusa qarşı giriş qapısı olması barədə faktlar var. İnfeksiyaya yoluxma nəticəsində gözlər qızarır, yaş və çox az miqdarda ifrazat gəlir, işıqdan qamaşır, yad cisim hissiyyatı olur. Bu əlamətlər gözlərdə viral konyunktivit olması şübhəsi doğurur. Ona görə də çirkli əllərlə göz, ağız və buruna toxunmamaq lazımdır".
Həkim onu da qeyd edib ki, koronavirusun keçiriciliyi də çox yüksəkdir. Ətrafda öskürən, asqıran və hərarəti olan varsa, yoluxma ehtimalı da artır və belə şəraitdə çirkli əllərlə virusun gözə düşmək ehtimalı da yüksəlmiş olur.