Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2020 10:24
Bakı Apelyasiya Məhkəməsinin hakimi Müseyib Abbas oğlu Hüseynov dünyasını dəyişib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə vəkil Orxan Kəngərli sosial şəbəkədə məlumat paylaşıb.
Bildirilib ki, 60 yaşlı M.Hüseynov uzun sürən onkoloji xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Müseyib Hüseynov 2000-2007-ci illərdə Ali Məhkəmənin hakimi, 2007-2011-ci illərdə 1 saylı Bakı Yerli iqtisad Məhkəməsinin sədri, 2011-2016-cı illərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri, 2016-cı ildən isə Bakı Apelyasiya Məhkəməsinin hakimi olub.
Xatırladaq ki, bir neçə gün əvvəl Apelyasiya Məhkəməsinin daha bir hakimi Məmmədov Namiq Eyyub oğlu dünyasını dəyişmişdi.