Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstan vətəndaşları iyulun 1-dən Aİ ölkələrinə səyahət edə biləcəklər

Gürcüstan vətəndaşları iyulun 1-dən Aİ ölkələrinə səyahət edə biləcəklər

Tarix: 28 Iyun 2020 20:12

Bakı. Trend:

Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri iyulun 1-dən vətəndaşları Aİ-nin ərazisinə səfər edə biləcək ölkələrin siyahısını razılaşdırıblar.

Trend-in Gürcüstan KİV-lərinə istinadən verdiyi məlumata görə, siyahıda Gürcüstan, Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya, Kanada, Monteneqro, Serbiya, Tailand, Uruqvay, Ruanda, Əlcəzair, Mərakeş və Tunis yer alıblar.

ABŞ, Rusiya, İsrail, Türkiyə, Səudiyyə Ərəbistanı kimi ölkələr isə koronavirusun aktiv fazada olması səbəbi ilə siyahıya əlavə edilməyiblər.


Etiketlər:  Gürcüstan vətəndaşları iyulun 1 dən ölkələrinə səyahət edə biləcəklər


RƏYLƏR