Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2020 10:00
Əməkdar artist Tünzalə Əliyeva yenidən saçlarını keçəl etdirib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, xərçəngdən əziyyət çəkən aktrisanın kimyaterapiyadan sonra saçları tökülməyə başlayıb.
"Toppuş bacı" ləqəbli aktrisa görüntüsünü İnstaqramda paylaşaraq "Artıq ikinci dəfədir ki, saçlarımı qırxmaq məcburiyyətində qalıram. İnşallah, üçüncü dəfə qırxmaq məcburiyyətində qalmayacam. Gözəl həkimlərim sayəsində sağalacam. Dualarınızı əskik etməyin" sözlərini yazıb.
Qeyd edək ki, T.Əliyeva əvvəl uşaqlıq yolu xərçəngindən əziyyət çəkirdi. Daha sonra onun böyrək damarlarında şiş tapılıb.