Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaqatalada 5 ton narkotik vasitə məhv edilib (FOTO)

Zaqatalada 5 ton narkotik vasitə məhv edilib (FOTO)

Tarix: 29 Iyun 2020 15:15

Bakı. Trend:

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Bəhmətli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, ümumi çəkisi 5 tona yaxın olan 9040 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Zaqatalada 5 ton narkotik vasitə məhv edilib (FOTO) - Gallery Image Zaqatalada 5 ton narkotik vasitə məhv edilib (FOTO) - Gallery Image Zaqatalada 5 ton narkotik vasitə məhv edilib (FOTO) - Gallery Image Zaqatalada 5 ton narkotik vasitə məhv edilib (FOTO) - Gallery Image


Etiketlər:  Zaqatalada narkotik vasitə məhv edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ