Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 07:24
Bakı. Trend:
Kanada hökuməti ölkəyə daxil olan bütün Kanada vətəndaşları üçün bu gün sona çatan məcburi karantin müddətini uzadır.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, ölkəyə daxil olan bütün vətəndaşlar iyunun 30-dan sonra belə 14 gün ərzində özlərini təcrid etmək məcburiyyətində qalacaqlar. Bu tədbir ilk dəfə martın 25-də tətbiq edilib.
Karantinin nə qədər uzadılacağı barədə məlumat verilmir.
Kanadanın sərhədləri xaricilər üçün hələ də bağlıdır.