Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

130-dan çox ölkənin Prezident İlham Əliyevin təşəbbüsünü yekdilliklə dəstəkləməsi dövlət başçısına olan beynəlxalq etimadın mühüm göstəricisidir - Millət vəkili

130-dan çox ölkənin Prezident İlham Əliyevin təşəbbüsünü yekdilliklə dəstəkləməsi dövlət başçısına olan beynəlxalq etimadın mühüm göstəricisidir - Millət vəkili

Tarix: 30 Iyun 2020 13:45

"Dünyanın 130-dan çox ölkəsinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü yekdilliklə dəstəkləməsi Azərbaycanın dövlət başçısına olan beynəlxalq etimadın mühüm göstəricisidir, respublikamızın diplomatik uğurlarının davamıdır".

Sonxeber.net bildirir ki, bunu Trend-ə millət vəkili Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, dünyanın ən böyük və nüfuzlu təşkilatı olan BMT-nin Prezident İlham Əliyevin koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizəyə dair çağırışlarına müsbət reaksiya verməsi Azərbaycanın yürütdüyü sülhpərvər və humanizm siyasətinə beynəlxalq birliyin mükəmməl qiymətidir.

Millət vəkili bildirib ki, bu addım bütün dünyaya bir daha göstərdi ki, Prezident İlham Əliyev beynəlxalq arenada böyük nüfuza malik olan siyasi xadimdir: "Onun beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi dərin töhfələr qlobal miqyasda ən yüksək səviyyədə dəyərləndirilir. Azərbaycanın Prezidentinin yürütdüyü xoşməramlı siyasətə günü-gündən beynəlxalq hörmət artır, ən nüfuzlu təşkilatların rəhbərləri, onunla əməkdaşlıq etməkdən qürur duyduqlarını bildirirlər. Bu gün koronavirus pandemiyası ağır müharibənin şiddətli zərbələri ilə bəşəriyyəti sarsıtmaqdadır. Pandemiyanın yayıldığı ilk günlərdən beynəlxalq birliyi həmrəyliyə, birgə mübarizəyə səsləyən Azərbaycanın dövlət başçısı bunun əyani nümunəsi kimi, mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında ilk videokonfransını keçirtdi. BMT-dən sonra dünyanın 2-ci ən böyük təşkilatının Zirvə görüşündə mürəkkəb və çətin vəziyyətlə üzləşmiş ölkələrin problemləri və çıxış yolları müzakirə edildi. Prezident İlham Əliyev bütün ölkələrlə birgə təxirəsalınmaz addımlar atmaq mesajlarını çatdırdı. Prezident İlham Əliyevin insanpərvərliyi sayəsində respublikamız digər ölkələrə pandemiyanın yayıldığı ilk günlərdən maddi və mənəvi dəstəyini əsirgəmədi, Ümumdünya Səhiyyə Təşkilatına və 30-dan artıq ölkəyə yardım göstərdi".

Fatma Yıldırım bildirib ki, Azərbaycanın, Prezident İlham Əliyevin xoşniyyətli və humanizm missiyası bu gün bütün dövlətləri və xalqları bir araya gətirən həmrəylik platformasına çevrilməkdədir: "Azərbaycan dövləti pandemiyanın qlobal inteqrasiyanı məhdudlaşdırdığı bir dövrdə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərini təşkil etməklə ümümdünya problemlərinin həllində və geniş müzakirəsində açıq və lider ölkə olduğunu təsdiqlədi. Sonrakı günlərdə dünyanın ən nüfuzlu təşkilatlarının, şirkətlərinin rəhbərləri ilə keçirilən videokonfransda aparılan maraqlı və faydalı müzakirələr bir daha Azərbaycanın etibarlı tərəfdaş olmasını nümayiş etdirdi. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun Cənab Prezidentə bir neçə dəfə ünvanladığı müraciətlərdə də Azərbaycanın səyləri yüksək qiymətləndirilib. Bu fakt bir daha respublikamızın ikitərəfli və çoxtərəfli görüşlərin təşəbbüskarlığı və liderlikdə xüsusi yerini, etibarını göstərir".


Etiketlər:  çox ölkənin Prezident İlham Əliyevin təşəbbüsünü yekdilliklə dəstəkləməsi dövlət başçısına olan beynəlxalq etimadın mühüm göstəricisidir Millət vəkili


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ