Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş prokurorun yeni böyük köməkçisi təyin olundu

Baş prokurorun yeni böyük köməkçisi təyin olundu

Tarix: 30 Iyun 2020 14:36

Bakı. Samir Əli - Trend:

Baş Prokurorluqda yeni təyinat olub. Trend-in məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Baş prokurorun əmri ilə Tural Aslanov Baş prokurorun Xüsusi Tapşırıqlar üzrə Böyük köməkçisi vəzifəsinə təyin edilib.

K. Əliyevin digər əmri ilə Vüqar Məmmədzadə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini təyin edilib.


Etiketlər:  Baş prokurorun yeni böyük köməkçisi təyin olundu


RƏYLƏR