Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2020 02:28
Bakı. Trend:
İyulun 1-i Avropa İttifaqı Şurasına sədrlik Xorvatiyadan Almaniyaya keçib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Almaniyanın Aİ Şurasına sədrliyi yanvarın 1-dək davam edəcək və daha sonra sədrlik Portuqaliyaya keçəcək.
Növbəti altı ay ərzində Almaniya pandemiyanın nəticələrini aradan qaldırmaq, iqlim məsələlərini həll etmək, Avropa səhiyyə sistemini gücləndirmək və rəqəmsallaşdırma məsələlərinə önəm verəcək. Bundan əlavə, Berlin Avropa İttifaqı üzvlərinin əsas geosiyasi oyunçulara - Çin, Rusiya və ABŞ-a münasibətdə siyasətini birləşdirməyə çalışacaq.