Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2020 15:24
Bakı. Trend:
Honq Konqda Çinin qəbul etdiyi təhükəsizlik haqqında qanuna etiraz olaraq aksiya keçirilir.
Trend-in məlumatına görə, aksiya zamanı saxlanılan şəxslərin sayı 180 nəfəri keçib.
Polis etirazçılara qarşı su şırnaqlarından istifadə edib.
Qeyd edək ki, Çin uzun müddət etirazlara səbəb olmuş qanun layihəsini qəbul edib və qanun iyunun 30-dan etibarən qüvvəyə minib. Ötən gün bu qanun çərçivəsində Honq Konqda ilk həbs də həyata keçirilib.