Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2020 17:06
Ölkəmizin turizm sektoru qeyri-neft sektorun ən sürətlə inkişaf edən sahəsi olmuşdur. 2004-cü ildən həyata keçirilməsinə başlanıb, "Regionların Sosial-İqtisadi inkişafı Dövlət Proqramlar"ının uğurla icrası ölkəmizin sosial infrastrukturunun inkişafına və turizm potensialının səmərəli təqdimatına imakn verib.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, bu illər ərzində geniş otelçilik şəbəkəsi, istirahət mərkəzləri tikilib istifadəyə verilib, Bakının ev sahibliyi etdiyi Formula 1, Birinci Avropa Oyunları turizm potensialımızı təqdim etməyimizə optimal mühüt formalaşdırıb:
"2019-cu ildə Azərbaycana səfər edən əcnəbilərin sayının 3 milyonu keçməsi və bank kartlarından xərclənən vəsaitlərin 2 milyard dollara çatması bir daha dünya turizm üçün Azərbaycana maraq artmasının göstəricisidir. Təəssüf ki, fevral ayından elan olunmuş qlobal pandemiya ölkələr arası sərhədlərin qapanmasına və insanların hərəkətlərinə məhdudiyyətlər tətbiq edilməsini şərtləndirmişdir.
Ölkəmizdə tətbiq olunan karantin tədbirləri çərçivəsində turizm sektoru və ona xidmət edən sahələrin qapadılması iqtisadiyyatın bu sahəsini iflic vəziyyətinə gətirib çıxarıb. Amma ölkə başçımızın düşünülmüş iqtisadi siyasəti Azərbaycan turizm sektoruna dövlət dəstəyinin göstərilməsi ilə işçi potensialının qorunub saxlanılmasına və bu maliyyə dəstəkləri sayəsində postpandemiya dövründə yenidən turizm sektorunda geriləmələrin aradan qaldırılmasına imkan verəcəkdir. Post pandemiya dövrü gələndən dərhal sonra xarici turizmin ölkəyə axınını gözləmək də düzgün hesab etmirəm. Amma daxili turizm hesabına bu sektorun iqtisadi fəallığının bərpası mümkündür".
A.Badamov vurğulayıb ki, Prezident İlham Əliyevin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Polololikaşivili ilə keçirdiyi videogörüşdə müzakirə olunan əsas məsələ pandemiya dövründə ən çox zərərçəkən sahə turizm sektoru olduğunu və postpandemiya dövründə bu sahənin yenidən dirçəldilməsi istiqamətində görüləcək tədbirlərdən geniş danışlıb:
"Dünyada sərhədlərində yumşalmalar həyata keçirən və yenidən turizm sektorunun dirçəldilməsinə başlanmış təcrübəsi olan ölkələr vardır. ÜTT-nın Baş katibi koronavirus infeksiyası səngidiyi və sərhədlərin açıldığı dövrdə bu təcrübənin Azərbaycana təqdim edilməsində təşəbbüsünü bildirib. Təbii ki, biz dünya təcrübəsini dərindən öyrənirik və ÜTT ilə sıx əməkdaşlıq edərək ölkəmizin turizm sektorunu öz inkişaf tempinə qaytara biləcəyik".