Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Türkiyədə Günel və Tunardan başqa müğənnimizi tanımırlar"

Tarix: 2 Iyul 2020 16:05

"Türkiyədə bizim müğənnilərdən Günel və Tunarı tanıyırlar. Başqaları gedirlər, başlayırlar danışmağa elə etdim, yaratdım. Maraqlıdır, kimi tanıdılar?".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva "5/5" verilişində deyib. Müğənni Türkiyədə tanınmağa çalışan sənət adamlarından danışıb. O bildirib ki, Günel Zeynalova və Tunar Rəhmanoğludan başqa heç kim qardaş ölkədə məşhurlaşa bilməyib:

"Bir də Üzeyir Mehdizadənin qarşılanmasını gördüm. Fəxr etdim... Güneli orada 13 yaşından tanıyırlar. O qız təpədən dırnağa qədər musiqidir.

Türklər bizi sevmir, musiqimizi bəyənirlər. Bizim müğənnilər güclüdür, onlar da xoşlamırlar. Türklər bura gələndə onları yüksək tuturuq. Sosial şəbəkədə belə şərh yazanda mənimlə dalaşırlar".

Milli.Az


Etiketlər:  Türkiyədə Günel Tunardan başqa müğənnimizi tanımırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ