Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 18:18
Bakı. Trend:
02 iyul tarixində Xaçmaz Rayon İcra Hakimiyyətnin başçısı Elnur Rzayev videokonfrans vasitəsilə inzibati ərazi dairə nümayəndələrinin iştirakı ilə növbəti müşavirə keçirib.
Trend-in məlumatına görə, müşavirənin məqsədi koronavirus pandemiyası ilə əlaqədar rayonda mövcud vəziyyət, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrası olub.
Elnur Rzayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniştərkibli Respublika videomüşavirəsi keçirilib. Müşavirə zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdəki epidemioloji vəziyyət müzakirə olunub, karantin qaydalarının icra vəziyyəti qiymətləndirilib. Əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac olduğu bildirilib.
İcra Hakimiyyətinin başçısı İƏD üzrə nümayəndələrə mövcud şəraitdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı aparılan tədbirlərin daha da gücləndirilməsi, xüsusi monitoriq qruplarının fəaliyyətinin təkmilləşdirilməsi, ictimai-iaşə obyektlərində müvafiq qaydalara əməl edilməsi, qoruyucu maskalardan istifadənin zəruriliyi, dəfn mərasimlərinin nəzarətdə saxlanılması, yas mərasimlərinin keçirilməsinin qadağan olanması barədə tapşırıqlar verib.