Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbol üzrə İspaniya çempionatında ''Real'' ''Hetafe''ni məğlub etdi

Futbol üzrə İspaniya çempionatında ''Real'' ''Hetafe''ni məğlub etdi

Tarix: 3 Iyul 2020 04:08

Bakı. Trend:

Futbol üzrə İspaniya çempionatının 33-cü turunda Madridin "Real" klubu öz meydançasında "Xetafe"ni məğlub edib.

Trend-in məlumatına görə, görüş 1:0 hesabı ilə başa çatıb.

Oyunda yeganə qolu Serxio Ramos vurub. Müdafiəçi 79-cu dəqiqədə penalti zərbəsini vurarkən fərqlənib.

"Real" ölkə çempionatında ardıcıl 6-cı qələbəsini qazanır və turnir cədvəlində liderliyini davam etdirir. Klub 74 xal toplayaraq ikinci yerdə qərarlaşan "Barselona"nı dörd xal qabaqlayır. "Hetafe" 52 xalla altıncı yerdədir.

İyulun 5-də növbəti turda Zinəddin Zidanın yetirmələri "Atletik"lə oynayacaqlar. "Hetafe" eyni gündə "Osasuna" ilə görüşəcək.


Etiketlər:  Futbol üzrə İspaniya çempionatında Real Hetafeni məğlub etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ