Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2020 15:32
Bakı. Trend:
Fransa Prezident Administrasiyası rəhbərinin müavini Jan Kasteks ölkənin yeni baş naziri təyin olunub.
Trend-in məlumatına görə, bu barədə Yelisey sarayının bəyanatında deyilir.
J.Kasteks Fransanın özünütəcrid rejimində çıxış prosesini kurasiya edirdi. O, yaxın günlərdə yeni hökumət formalaşdıracaq.
Qeyd edək ki, bu gün səhər saatlarında sabiq baş nazir Eduar Filipp istefa vermişdi