Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2020 17:58
"Ev şəraitində müalicə olunan xəstələrin dərman vasitələrilə təmin edilməsinə başlanıb".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.
Onun sözlərinə görə, hazırda COVİD -19-a yoluxan və ev şəraitində müalicə olunan xəstələrə dərman preparatları çatdırılır.
Qeyd edək ki, COVİD-19-a yoluxan yüngül simptomlu xəstələr yaşayış yerlərini tərk etmədən ev şəraitində müalicə olunur. Həmin xəstələr ərazi poliklinikaları tərəfindən nəzarətə götürülür və mütəmadi müalicə olunur.