Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2020 22:04
Bakı. Trend:
Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi koronavirusa yoluxub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə XİN rəhbəri öz "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, o, bu gün hərarəti olduğunu hiss edib və dərhal özünü təcrid edib: "Mənim COVİD-19 testimin nəticəsi müsbət çıxıb".
XİN rəhbəri öz işini evdən davam etdirəcəyini qeyd edib.