Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2020 20:20
Azərbaycanda 534 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Sonxeber.net-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər isə vəfat edib.
İndiyədək 241 nəfər bu virusdan dünyasını dəyişib, 11 291 nəfər sağalıb.
Ötən müddət ərzində 509 min 811 test aparılıb. Bugünkü test sayı isə 6846-dir.