Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda ictimai yer, küçə və bulvarlarda 5 nəfərdən artıq toplaşmaq qadağan edilib

Azərbaycanda ictimai yer, küçə və bulvarlarda 5 nəfərdən artıq toplaşmaq qadağan edilib

Tarix: 5 Iyul 2020 00:18

Bu gündən Azərbaycan ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərarda bildirilir ki, virusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilir.

Qeyd edək ki, ölkədə epidemioloji vəziyyətlə əlaqədar xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb.


Etiketlər:  Azərbaycanda ictimai küçə bulvarlarda nəfərdən artıq toplaşmaq qadağan edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ