Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxda 17 yaşlı yeniyetmə internet klubun qarşısında qətl törətdi

Qazaxda 17 yaşlı yeniyetmə internet klubun qarşısında qətl törətdi

Tarix: 23 Aprel 2019 14:21

Bakı. Samir Əli - Trend:

Qazaxda yetkinlik yaşına çatmayan şəxs qətl törədib.

Trend-in məlumatına görə, hadisə rayonun Çaylı kəndində internet klubun qarşısında baş verib. Kənd sakini, 2002-ci il təvəllüdlü Qocayev Məhərrəm Kamran oğlu internet klubun qarşısında şəxsi münasibətlər zəminində həmkəndlisi, 1999-cu il təvəllüdlü Cələddinli Rahil Subhan oğlunu üzərində gəzdirdiyi bıçaqla bir neçə dəfə bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qazaxda yaşlı yeniyetmə internet klubun qarşısında qətl törətdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ