Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində “5G” şəbəkəsi işə salınıb

Çində “5G” şəbəkəsi işə  salınıb

Tarix: 23 Aprel 2019 14:24

Çinin yeddi şəhərində (Pekin, Şanxay, Quançjou, Şençjen, Nankin, Xançjou və Syunan iqtisadi zonası) sınaq "7 33 n" beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) istifadəyə verilib. Bundan əlavə, 33 şəhərdə "qaynar nöqtə"lərin yaradılması və daha bir neçə şəhərdə sifariş edilmiş "5G" şəbəkəsinin işə salınması planlaşdırılır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, şəbəkənin istifadəyə verilməsini "China Unicom" korporasiyasının sədri Van Syaoçu "5G" innovasiyalarının inkişafı üzrə Şanxayda keçirilən konfransda açıqlayıb.

 

Sınaq "5G" tezliklərindən istifadə üçün lisenziyalara Çinin 3 əsas mobil rabitə operatoru (China Telecom, China Mobile və China Unicom) malikdir.

 

Qeyd edək ki, "5G" şəbəkəsində məlumatların ötürülmə sürəti saniyədə 10 giqabiti ötür. Bu, "4G" şəbəkəsi ilə müqayisədə 30 dəfə çoxdur.

 

Nizam Nuriyev




Etiketlər:  Çində şəbəkəsi işə salınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ