Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2020 21:30
Bakı. Trend:
3 iyul 2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuraya seçkinin təşkili məqsədi ilə yaradılan Seçki Komissiyasının ilk görüşü keçirilib.
Trend-in məlumatına görə, görüş çərçivəsində İctimai şuraya seçkilərin təşkili və İctimai şuranın üzvlərinin say həddinin müəyyən edilməsi, İctimai şuraya seçki gününün müəyyən edilməsi məsələləri müzakirə edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, Seçki komissiyasının sədri Sədaqət Qəhrəmanova Komissiya üzvlərini salamlayaraq, İctimai şuranın fəaliyyəti və gündəlikdə duran məsələləri diqqətə çatdırıb. O bildirib ki, bu il vətəndaş cəmiyyəti institutlarının təmsilçiliyini daha da gücləndirmək məqsədilə İctimai şuranın üzvlərinin say həddinin 11 nəfər müəyyən olunması məqsədəuyğundur.
Komissiyanın üzvü, İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov çıxış edərək bilirib ki, “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, 14 may 2020-ci il tarixindən 22 iyun 2020-ci il tarixinədək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan edilmişdir və ictimai fəallar tərəfindən müraciətlər daxil olmuşdur. Sənədlər yoxlanılaraq qəbul olunmuş və Seçki komissiyasının üzvlərinə təqdim edilmişdir.
Daha sonra Komissiya üzvləri - “Sosial Hüquqların araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyev, “Sağlam həyat naminə” İctimai Birliyinin sədri Sədaqət Hüseynova, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq Fuad Məmmədov, Gender və İqtisadiyyat İctimai Birliyinin sədri Təranə Kərimova, “Vətəndaşların sosial rifahı və müdafiəsi naminə” İctimai Birliyinin sədri Venera Əsgərova, Komitənin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Gender məsələləri və Qadın Problemləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya da çıxış edərək, şuraya seçkilərin keçirilməsi ilə bağlı rəy və təkliflərini səsləndiriblər.
Sonda Komissiya üzvləri mövcud vəziyyət nəzərə alınmaqla namizədlərin irəli sürülməsi üçün tarixin müəyyən edilməsi məsələsinə dair təkliflərini bildiriblər.
Görüşün yekununda Seçki Komissiyasının Protokolu hazırlanıb. Protokola əsasən, şuranın üzvlərinin say həddi 11 üzvdən ibarət tərkibdə müəyyən edilib və İctimai şuraya seçki gününün keçirilməsi üçün nəzərdə tutulan müddətin pandemiya şəraiti nəzərə alınmaqla, 2020-ci il sentyabr ayı təyin edilməsi qərara alınıb.
Qeyd edək ki, seçkidə iştirak etmək üçün müraciət edən 21 nəfərin namizədliyi təsdiq edilib.
1. |
Sahib Məmmədov |
“Vətəndaşların əmək hüquqlarını müdafiəsi liqası” |
2. |
Fərhad Abdulov |
“Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi |
3. |
Nübar Nizamova |
İctimai fəal vətəndaş |
4. |
Əntiqə Qurbanova |
“D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəm iyyəti İctimai Birliyi |
5. |
Lyudmila Xəlilova |
“Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi |
6. |
Mehriban Zeynalova |
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi |
7. |
Fariz Əkbərov |
“Azərbaycan Uşaqları” İctimai Birliyi |
8. |
Nailə İsmayılova |
“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi |
9. |
Afaq Əhmədova |
Beynəlxalq Sülh Araşdırmalar və İnkişaf İnstitutu |
10. |
Vəfa Abbasova |
“Azərbaycan Qadınları Respublika Cəmiyyəti” |
11. |
Əliməmməd Nuriyev |
“Konstitusiya” Araşdırmalar Fondu |
12. |
Rahilə Mehtiyeva |
“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi |
13. |
Fərid Məlikov |
“İqtisadi və Sosial Təşəbbüslərdə Tərəfdaşlıq” İctimai Birliyi |
14. |
Fəridə Vəliyeva |
“Miqrasiya Proseslərinin Tədqiqi” İctimai Birliyi |
15. |
Kəmalə Aşumova |
Ümidli Gələcək Gənclər Təşkilatı |
16. |
Qəmzə Yusubova |
Ekoloji Maarifcilik və Monitoring İctimai Birliyi |
17. |
Zərif Mehtiyeva (Ağdam) |
İctimai fəal vətəndaş |
18. |
Məmmədhəsən Həsənov |
“Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyi |
19. |
Elnarə Məhərrəmova |
“Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İB |
20. |
Hafiz Həsənov |
“Hüquq və inkişaf” İctimai Birliyi |
21. |
Mirəli Hüseynov |
“Demokratiyanı Öyrənmə” İctimai Birliyi |