Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə koronavirusdan sağalanların sayı 183 minə yaxınlaşır

Türkiyədə koronavirusdan sağalanların sayı 183 minə yaxınlaşır

Tarix: 6 Iyul 2020 23:32

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 16 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 241 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 086 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 206 844 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 2 315 nəfər olmaqla 182 995 nəfər təşkil edir.


Etiketlər:  Türkiyədə koronavirusdan sağalanların sayı 183 minə yaxınlaşır


RƏYLƏR