Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsmayıllıda yanğın qeydə alınıb

İsmayıllıda yanğın qeydə alınıb

Tarix: 7 Iyul 2020 09:16

İsmayıllıda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, İsmayıllı rayonunun Sumağallı kəndində ümumi sahəsi 162 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 12 ton ot bağlaması, yaxınlıqda dayanan traktor qoşqusunun təkərləri və qoşquya yığılan 3 ton ot bağlaması, ümumi sahəsi 90 m² olan talvarın taxta atmaları 10 m² sahədə yanıb. Talvarın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Etiketlər:  İsmayıllıda yanğın qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ