Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 14:56
Bakı. Asif Mehman - Trend:
Avrokuboklara qatılacaq komandalarımız "COVİD-19" testi verdikdən sonra sərt karantin rejimi tətbiq olunmayan rayonlarda məşq etməsinə icazə veriləcək.
Bunu Trend-ə açıqlamasında "Qarabağ" futbol klubunun mətuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.
Onun sözlərinə görə, avrokuboklara hazırlaşan komandaların məşq məsələsi AFFA tərəfndən Gənclər və İdman Nazirliyinə təqdim olunub. Artıq şifahi razılıq alınıb: "Belə ki, avrokuboklara hazırlaşan komandalar karantin rejiminin tətbiq olunmadığı rayonlara səfər edib məşq edə bilərlər, amma bunun üçün ilk növbədə həmin komandalar "COVİD-19" testi verməlidirlər. Test nəticələri təqdim olunduqdan sonra komandalara rayonlara getmək üçün icazə verilə bilər".
N.İbrahimov bildirib ki, "Qarabağ" klubu olaraq, bu qaydalar çərçivəsində Qəbələdə avrokuboklara hazırlaşmağı planlaşdırılır: "Artıq işlər başlayıb, Avrokuboklara hazırlığı Qəbələdə keçirməyi düşünürk".
Qeyd edək ki, bu il Azərbaycanı avrokuboklarda "Qarabağ", "Neftçi", "Keşlə" və "Sumqayıt" komandaları təmsil edəcək.