Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 19:28
Bakıda karantin zamanı hərbçini təhqir edən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ rayon məhkəməsinin qərarı ilə inzibatı qaydada 30 sutka həbs edilib.
Faktı Bakı şəhər Baş Polis İdarəsi təsdiqləyib.
Qayd edək ki, Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirib və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayıb. Həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən müəyyən olunaraq saxlanılıb.