Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 22:04
Bakı. Trend:
Paytaxtın Sabuçu rayonunda xüsusi karantin rejim qaydalarını pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən şəxs saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.
Bakı şəhər BPİ mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz rayon sakini, 1997- cü il təvəllüdlü Tural Abbasov narkotik vasitələrin təsiri altında münaqişəli vəziyyət yaratdığına görə onun barəsində toplanmış matereallar rayon məhkəməsinə göndərilib.
Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci maddələri ilə 40 gün həbs inzibati tənbeh növü tətbiq edilib.