Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı sakini Qaxda külli miqdarda narkotiklə saxlanılıb

Bakı sakini Qaxda külli miqdarda narkotiklə saxlanılıb

Tarix: 18 Iyun 2019 11:15

Bakı. Trend:

Bakı sakini Qaxda külli miqdarda narkotiklə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Viləş Əhədov rayonun Qorağan kəndi ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun əlindəki sellofan torbadan ümumi çəkisi 1 kq narkotik vasitə olan heroin və 500 qram metamfetamin aşkar olunaraq götürülüb.

Davam etdirilən tədbirlərlə V.Əhədova həmin narkotik vasitəni satan şəxs də müəyyən olunub. Qax RPŞ və Nərimanov RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 55 yaşlı Hüseyn Məmmədov da Bakı şəhəri ərazisində saxlanılıb. Onun yaşadığı mənzilə baxış keçirilən zaman narkotik vasitə olan heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı sakini Qaxda külli miqdarda narkotiklə saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ