Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropada yaxşı pul gətirən - 5 BİZNES İDEYASI – SİYAHI

Avropada yaxşı pul gətirən - 5 BİZNES İDEYASI – SİYAHI

Tarix: 7 Iyul 2020 22:36

Bu siyahıya əsasən ciddi biznes ideyalar daxil edilib, hansı ki, 2020-ci ilin ən yaxşı startapları sayılır və müxtəlif mükafatlara layiq görülüblər. Amma onları reallaşdırmaq o qədər də asan deyil.

Milli.Az fed.az-a istinadən bildirir ki, "Amazon"ın sahibi Cef Bezos deyir ki, "uğursuzluq və ixtira, yəni yeni ideya - Siam əkizləridir. Yadda saxlayın ki, orta hesabla hər 100 ideyadan yalnız 10-u uğurla reallaşır. Hamı bilməlidir ki, nəsə böyük bir iş görmək istəyirsənsə, çoxlu yeni şeylər fikirləşmək lazımdır və bu əvvəl-axır sizə uğur gətirəcək".
1. "Messagebird" layihəsi - bütün mesajların bir kanala toplanması ilə məşğuldur. Hazırda bu ideyanın üzərində bir neçə şirkət işləyir, çünki çox perspektivli istiqamətdir. Məsələ bundadır ki, hazırda şirkətlərin çoxunda müxtəlif sosial şəbəkə və messencerlərdə 5-dən artıq səhifə var. Bu layihə isə imkan verir ki, akkauntları bir yerə toplayıb, mesajlar da bir yerdən alınsın və dərhal də müştəriyə cəvab verilsin. Hazırda bu sahə yüksəlişdədir, necə ki, əvvəllər email göndərişlər belə idi. Həmin problemdir - müştərilər çoxdur və onları operativ idarə etmək lazımdır.

2. "G2esports" layihəsi - fəaliyyət sahəsi kiberidman. Dünyanın ən yaxşı oyunçularını və ən yaxşı komandalarını birləşdirən klub. Burada kiberidman üzrə yarışlar keçirilir. Məsələnin nə qədər cijddi olduğunu təsəvvür etmək üçün bircə onu demək kifayətdir ki, kiber idman maliyyə dövriyyəsinə görə real Olimpiya oyunları ilə bir səviyyədədir. Eyni zamanda futbol və basketbolun dövriyyəsinə yaxınlaşıb. Kiber idmanın əsas gəlir mənbələrin reklam gəlirləri və suvenir satışlarıdır. Hətta saytlara baxsaq, məşhur avtomobil brendlərinin biri də kiber oyun klubu ilə yaxınlaşmaq istəyir.  

3. "Karma" -məhsulların 50% endirimlə satılmaısı üçün tətbiq. Bu o deməkdir ki, hər hansı restoran və ya kafedə hansısa yemək həddən artıqdırsa, onu saxlayıb sabahı gün atmaq əvəzinə elə həmin gün 50%-lə satışa çıxarırlar. Eyni addımı ərzaqlarla bağlı da atmaq olar.  Ümumiyyətlə bu saat Qərbdə bu sahə çox aktivdir. Hətta amerikalılardan biri kafe və restoranlara yemək tullantalarının yığılması üçün çəlləklər də yerləşdirib ki, tullantılar burada parçalanır və sonradan onları gübrə kimi  istifadə etmək olar.

4. "i2x" - şirkəti müştəri zənglərinin qeydiyyatını və transkribasiyasını (səsi mətnə çevirməsini) həyata keçirən proqram hazırlayıb. Bu proqram şirkətlərə imkan verir ki, müştəri rəylərini daha yaxşı analiz edib, daha səmərəli satış strategiyası qursunlar. Eləcə də bu proqram işçilərin effektivliyini qiymətləndirməyə və kadr axınının qarşısını almağa imkan verir. Bundan başqa, yeni proqram zəngləri real vaxt rejimində izləməyə və tələb olunarsa, müştəri ilə danışan operatora kömək etməyə imkan verir.  

5. Applift - yeni nəsil internet satışların inkişaf etdirilməsi üçün platformadır. Saytlar keçmişdə qalır, artıq getdikcə daha çox istifadəçi internetə smartfon və planşet vasitəsilə daxil olur, deməli tətbiqlər daha böyük əhəmiyyət kəskb edir. Bəs tətbiqləri necə inkişaf etdirmək və tanıtmaq olar? Bu layihə də məhz auditoriyaya ehtiyacı olan blogger və biznesmenləri birləşdirir. 

Milli.Az


Etiketlər:  Avropada yaxşı pul gətirən 5 BİZNES İDEYASI SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ