Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 23:24
Malayziya müsəlmanlarına FaceApp tətbiqinin istifadəsi qadağan olunub.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Malayziya müftisi FaceApp tətbiqindən istifadənin günah olduğunu deyib.
"Bu tətbiq Allahın yaratdığı bəndələri dəyişdirir", - deyə o bildirib.
Müftinin sözlərinı görə, FaceApp-də cinsi dəyişiklik funksiyası digər insanları çaşdıra və şəxsin nüfuzunu poza bilər. Eyni məqam yaş dəyişikliyi funksiyasına da aiddir: insanlar gələcəkdə necə görünəcəklərini bilmir və bilməməlidirlər.
Qeyd edək ki, FaceApp Malayziya müsəlmanları üçün qadağan edilən ilk tətbiq deyil. 2016-cı ildə orada "Pokemon Go" oyunu da qadağan edilib. Bunun səbəbi oyunda "yırtıcıların" oyunçu tərəfindən "ovlanmağı" idi. Hökümətin fikrincə, məhz bu məqam yeniyetmələrə və uşaqlara mənfi təsir göstərə bilərdi.