Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2020 08:10
Futbol üzrə İngiltərə çempionatının 34-ü turunda "Arsenal" klubunun futbolçuları "Lester" komandası ilə oyunu 1:1 hesabı ilə başa vurdular.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, meydança sahibi olan "Arsenal" tərəfindən qolu Pyer-Emerik Obameyanq (21-ci dəqiqə) vurub, qarşı tərəfdən fərqlənən isə Ceymi Vardi (84-cü dəqiqə) olub.
Matçın 75-ci dəqiqəsində qeyd edilən vaxtdan dörd dəqiqə qabaq meydançaya çıxan "Arsenal"ın hücumçusu Edvard Nketia kobud oyuna görə oyundan xaric edilib.
Turnir cədvəlində "Arsenal" 50 xalla 7-ci pillədə, "Lester" isə 59 xalla 4-cü yerdədi.
Növbəti turda iyulun 12-də "Arsenal" qarşı tərəfin meydançasında "Tottemxem"lə, "Lester" isə qonaq olaraq "Bornmut"la görüşəcəklər.