Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Parni iz Baku”dan futbol sistemimizə tərs şapalaq – Video

“Parni iz Baku”dan futbol sistemimizə tərs şapalaq – Video

Tarix: 18 Iyun 2019 12:28

“Bakılı oğlanlar” (“Parni iz Baku”) şən və hazırcavablar klubu Azərbaycanın hazırkı futbol sistemi və milli komandanın durumunu yumoristik formada tənqid edən çarx hazırlayıb.

Qol.az-ın xəbərinə görə, çarxda klubun üzvü Tahir İmanov jurnalist kimi Bakıda “açılan” “Krasovka piri”ndən reportaj hazırlayır.

“Azərbaycan futbolu özünün yaxşı günlərini yaşamır. Milli komanda yalnız Antarktidaya uduzmayıb. Bununla əlaqədar Azərbaycanın paytaxtı Bakıda “Krasovka piri” adlı ziyarətgah açılıb” – deyə T.İmanov bu sözlərlə “reportaja” başlayır.

Bu zaman o, şərti adı Baxruddin Baxruddinov (Bəhram Bağırzadə) olan pir sahibi ilə müsahibə etməyə başlayır. Müsahibədə Bəhram əlindəki krasovkanı göstərərək deyir: “Bu, böyük Azərbaycan futbolçusu Anatoli Banişevskinin krasovkasıdır. Mən bunu 1966-cı ildən qara gün üçün saxlamışam. Bu gün Azərbaycan futbolunun qara günüdür”.

Daha sonra Baxruddin Baxruddinov futbolumuzun uğur qazanması üçün “futbolçuları” “krasovka”nın altından keçməyə çağırır və əlavə edir: “Adə, Ponomaryovun şortikini gətir”.




 


Etiketlər:  Parni Bakudan futbol sistemimizə tərs şapalaq Video


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ