Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2020 18:00
"Barselona"nın futbolçusu Antuan Qrizmann bu yay Kataloniya klubunu tərk etməyəcək.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi 29 yaşlı hücumçunu komandada qalmağa inandırıb. Onlar fransalı oyunçuya güvəndiklərini bildiriblər.
Qeyd edək ki, Qrizmann bu mövsüm 44 matçda 15 qol vurub.