Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2020 19:34
İngiltərə Futbol Federasiyası "Tottenhem"in futbolçusu Erik Dayeri 4 oyunluq cəzalandırıb.
Qol.az qurumun saytına istinadən xəbər verir ki, buna onun İngiltərə kubokunun 1/8 final mərhələsində martda keçirilən "Norviç"lə matçdan (əsas vaxt - 1:1, penaltilər seriyası - 2:3) sonra tribunaya qalxaraq azarkeşlə dava etməsi səbəb olub. Bundan başqa, 26 yaşlı müdafiəçi 40 min funt sterlinq məbləğində cərimələnib.
Qeyd edək ki, həmin azarkeş Dayeri və onun qardaşını təhqir etdiyi üçün oyunçu bu hərəkəti etmişdi.