Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə koronavirusdan sağalanların sayı 190 minə yaxınlaşır

Türkiyədə koronavirusdan sağalanların sayı 190 minə yaxınlaşır

Tarix: 8 Iyul 2020 21:08

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 22 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 282 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 041 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 208 938 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 2 219 nəfər olmaqla 187 511 nəfər təşkil edir.


Etiketlər:  Türkiyədə koronavirusdan sağalanların sayı 190 minə yaxınlaşır


RƏYLƏR