Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Venesuelada ilin əvvəlindən inflyasiya 500 faizi ötüb

Venesuelada ilin əvvəlindən inflyasiya 500 faizi ötüb

Tarix: 9 Iyul 2020 01:16

Bakı. Trend:

Venesuelada cari ilin 6 ayı ərzində qiymət artımı 500 faizdən çox olub.

Trend-in verdiyi xəbərə görə, bu barədə Milli Assambleyanın (birpalatalı parlament) Maliyyə Komitəsinin "Twitter"dəki məlumatında deyilir.

Məlumatda deyilir: "İyun ayında inflyasiya 19,5 faiz, ilin əvvəlindən yığılmış isə 508,47 faiz təşkil edib".

Qeyd edilir ki, İllik qiymət artımı 3 524 faiz təşkil edib.

Venesuela son illərdə hiperinflyasiya və milli valyutanın devalvasiyası ilə müşayiət olunan sosial-iqtisadi böhran yaşayır. BMT-nin məlumatına görə, ölkəni təxminən 4,5 milyon qaçqın və miqrant tərk edib, onların təxminən 80 faizi region dövlətlərindədir. Bəzi proqnozlara görə, 2020-ci ildə onların sayı 6,5 milyon nəfərə qədər arta bilər.


Etiketlər:  Venesuelada ilin əvvəlindən inflyasiya faizi ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ