Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Taxıl zəmilərindən 2,6 milyon tondan çox məhsul yığılıb (FOTO)

Taxıl zəmilərindən 2,6 milyon tondan çox məhsul yığılıb (FOTO)

Tarix: 9 Iyul 2020 13:36

Bakı. Trend:

Azərbaycanda taxıl biçini yekun mərhələyə başlayıb. İyunun 9-na olan operativ məlumata görə, ölkə üzrə taxıl zəmilərinin 82,6 faizində biçin prosesi başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, sahələrdən 2643842,7 ton məhsul yığılıb. Yığılan məhsulun 1012655,9 tonu arpa, 1631186,8 tonu buğdadır. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,5 sentner təşkil edir. Arpa üzrə orta məhsuldarlıq 30,1 sentner, buğda üzrə orta məhsuldarlıq 32,4 sentnerdir.

Biçin prosesinə 882 kombayn cəlb olunub. Bunlardan 227-si “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin biçin bölgəsində yerləşən aqroservislərinin balansında olan kombaynlardır. “Aqrolizinq” ASC tərəfindən biçin başa çatmış bölgələrdən aktiv biçin zonasına əlavə 152 kombayn dislokasiya edilib. Biçin prosesində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 503 kombayn iştirak edir. Biçin davam edir.

Taxıl zəmilərindən 2,6 milyon tondan çox məhsul yığılıb (FOTO) - Gallery Image Taxıl zəmilərindən 2,6 milyon tondan çox məhsul yığılıb (FOTO) - Gallery Image Taxıl zəmilərindən 2,6 milyon tondan çox məhsul yığılıb (FOTO) - Gallery Image Taxıl zəmilərindən 2,6 milyon tondan çox məhsul yığılıb (FOTO) - Gallery Image


Etiketlər:  Taxıl zəmilərindən 26 milyon tondan çox məhsul yığılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ