Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2020 20:12
Mercedes-Benz-in Mercedes-AMG-nin GT R Black Series üzərində işlədiyini uzun müddətdir eşidirik.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, AMG GT-nin daha güclü, xüsusi versiyası olması gözlənilən avtomobil bu yaxınlarda Nürburgring yolunda sınaqdan keçirilərkən nümayiş olunub. İndisə sektora yaxın mənbələr avtomobilin necə işləməsi və qiyməti ilə bağlı əhəmiyyətli iddialar irəli sürüblər.
İkiqat turbolu V8 mühərrikin üzərində qurulan bu yeni model 721 at gücünə və 627 funt fırlanma anına sahib olacaq. Bu iddialar doğrudursa, yeni avtomobil seriyanın ən yaxşısı olan AMG GT R-dən 143 at gücündən daha çox güc istehsal edəcək.
Avtomobilin 250 min avrodan başlayan qiymətlə satışa çıxarılacağı gözlənilir.
Qeyd edək ki, Mercedes-AMG GT-nin daha güclü və eksklüziv versiyası GT R Black Series-in 2020-ci ilin sonuna qədər satışda olacağı ehtimallar arasındadır.