Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Mançester Yunayted"dən Poqbaya fantastik təklif

Tarix: 18 Iyun 2019 14:32

"Mançester Yunayted" aparıcı futbolçusu Pol Poqbanı komandada saxlamaq niyyətindədir.

Qol.az-ın "Daily Mail" nəşrinə istinadən yaydığı xəbərə görə, mankunyanlar bu məqsədlə fransalı yarımmüdafiəçinin 290 min funt-sterlinq olan məvacibini 2 dəfəyə yaxın artırmağa hazır olduğunu bildirib. Klub rəhbərliyi 26 yaşlı oyunçuya həftəlik 500 min funt-sterlinq təklif edib. Əgər Poqba komandada qalmağa razılıq versə, Aleksis Sançeslə birlikdə "qırmızı şeytanlar"ın ən yüksək ödənişli futbolçusu olacaq.

Qeyd edək ki, Poqba ilə "Real", PSJ və "Yuventus" yaxından maraqlanır. Futbolçu özü isə "kral klubu"nda oynamaq istəyir.

 


Etiketlər:  Mançester Yunayteddən Poqbaya fantastik təklif


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ