Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2020 14:00
Milli komandamızın baş məşqçisinin adına böyük ölçüdə aydınlıq gəlib.
Qol.az-ın əldə etdiyi xəbərə görə, AFFA İcraiyyə Komitəsinin bu gün keçiriləcək onlayn iclasında bu vəzifəyə italiyalı Cannni de Byazinin təyin ediləcəyi gözlənilir.
Qeyd edək ki, həmin vəzifəyə Byazi ilə yanaşı irlandiyalı Roy Kin və yerli məşqçilərdən Arif Əsədov da namizəd olub. Amma Kinlə danışıqlarda tam razılığa gələ bilməyən AFFA rəhbərliyi Byazinin namizədliyi üzərində dayanıb.
Qeyd edək ki, onlayn iclası bu gün saat 15.00-da başlanacaq.