Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2020 17:18
"Yay vaxtları ilə bağlı karantinlə bağlı şikayətlər daxil olur".
Sonxeber.net Trend-ə isinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, əsasən insanlar yay aylarında rayonlara getmək istəyir: "Bildirim ki, bütün epidemiyalarda ən birinci sulah həmişə karantin olub. Əgər vəziyyət normallaşarsa, bu barədə hansısa qərar qəbul oluna bilər. Karantinin yumşaldılması vəziyyətin normallaşmasından asılıdır. Vətəndaşlar qaydalara əməl etsələr, bu sahədə nailiyyət əldə edə bilərik".