Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2020 03:40
Bakı. Trend:
Kaliforniya hakimiyyəti yeni növ koronavirus pandemiyası ilə əlaqədar təqribən 10 minə yaxın məhkumu vaxtından əvvəl azad etmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə islah məntəqə və mərkəzlərinin işlərini kurasiya edən ştat idarəsi xəbər yayıb.
Bildirilir ki, bu qərar ağır cinayətlər törədənlərə və martın 1-dən iyulun 5-nə qədərə davam edən iğtişaşlara görə həbs edilənlərə şamil olunmayacaq.
İdarənin hesabatına görə bu kriteriyalara 108 min məhbus uyğun gəlir. Lakin vaxtından əvvəl yalnız onlardan 10 mini buraxılacaq.