Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2020 07:56
Futbol üzrə İspaniya çempionatının 35-ci turunda Madridin "Real"ı öz meydançasında "Alaves"ə 2:0 hesabı ilə qalib gəlib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, qolları 11-ci dəqiqədə penaltidən Kərim Benzema və 50-ci dəqiqədə Marko Asensio vurublar.
"Real" klubunun futbolçuları bununla 8-ci qələbəsini qazanırlar və "Barselona"nı 4 xal üstələyərək 80 xalla turnir cədvəlində liderdilər. "Alaves" komandası isə 35 xalla 17-ci yerdədir.
Növbəti turda Zineddin Zidanın yetirmələri iyulun 13-də "Qranada" ilə, "Alaves" isə "Hetafe" ilə görüşəcəklər.
Oyun gününün başqa matçında "Qranada" "Real Sosyedad"a 3:2 hesabı ilə qalib gəlib.