Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2020 12:08
"Bu məsələ elədir ki, infeksionist arxa planda qalır. Çünki əsas zərbəni ağciyərlər sisteminə vurur. Sanki bu virus kibritdir və tonqalı yandırır. Sonradan kibriti söndürmək asan olur, ancaq tonqalı yox".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri rusiyalı həkim-infeksionist Vladimir Nikiforov AzTV-nin efirində qonaq olan zaman deyib. Bildirib ki, Azərbaycan bu sahədə kifayət qədər öndə gedən ölkədir:
"Təəssüf ki, sizdə də koronavirusa yoluxma halları yüksəkdir. Bizim Bakıda 3 böyük xəstəxanada olub terapiya yanaşmasına, aparatlara baxmaq, həkimlərlə söhbət edərək onların biliyini, təcrübəsini və hazırlığını dəyərləndirmək imkanımız oldu. Biz dərin məmnunluq hissi keçiririk və deyə bilərik ki, həkimlər bütün sahələrdə çox inkişaf edib.
Ümumilikdə nəzərə alsaq ki, bu infeksiyanı heç kəs gözləmirdi, birdən-birə bütün sahə həkimləri infeksionist oldu. İnfeksionist Rusiyanın özündə də azdır və biz hər kəsi cəlb etmək məcburiyyətində qaldıq. Bu virusla mübarizə ilə bağlı bir çox ideya və metod var. Tədricən yanlış yönləndirmələr aradan çıxır. Deyə bilərəm ki, artıq xəstəliyin müalicəsi üçün müəyyən bir alqoritm yaratmışıq.
Virus bizdə daha əvvəl başladı və ölkəmiz daha böyükdür. Buna görə də təcrübəmiz daha çox ola bilər. Ola bilsin ki, çoxlu səhvlər də edilib. Odur ki, 3 gün müddətində öz təcrübələrimizi həkimlərinizlə bölüşdük, onlar bizə öz işlərindən danışdı, onların da maraqlı işləri var. Hətta bəzi məsələləri biz də sınaqdan keçirməmişik, cəhd edəcəyik".