Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2020 19:18
* səsin tutulması
* Horner triadası(mioz,psevdoptoz,eqzoftalm)
* yerli limfa düyünlərinin böyüməsi
* bradikardiya(azan sinirin qıcıqlanması ilə əlaqəli)
* öskürək tutması
* qusma
* trəngnəfəslik
* stridoroz tənəfüs
Xəstəliyin ümumi simptomlarına aiddir:
* ümumi zəiflik
* proqressivləşən arıqlama
* anemiya
Yuxarıda sadalanan simptomlar xəstəliyin gecikmiş və terminal mərhələsinə dəlalət edir.Düzgün diaqnostika məqsədilə qida borusu xərçənginin atipik formalarına fikir vermək lazımdır.Atipik formalara aşağıdakılar aiddir:
Qida borusu forması - disfaqiya,qida borusu ilə hərəkət zamanı ağrı ilə xarakterizə olunan və ən çox rast gələn forma
Qastritik forma - xroniki qastrit əlamətləri verir.Xəstələrdə qıcqırma,ürəkbulanma,gəyirmə,qusma ilə təzahür edir.
Nevralgik forma - boyun,çiyin və onurğada ağrıların olması ilə müşayət edilir.
Ürək forma - xəstəliyin klinikasinda ürək nahiyədə ağrılarla özünü biruzə verir.
Larinqotraxeal forma - səsin karlaşması,batması,hürücü öskürəklə müşayət edilir.
Plevropulmanol forma - özünü təngnəfəslik,öskürək və boğulma tutmaları ilə göstərir.
Qarışıq forma - müxtəlif formaların təzahürlərini özündə birləşdirir.
Qida borusu xərçənginin diaqnozunun dəqiqləşdirilməsi qida borusunun rentgenoskopiyası və məqsədli biopsiya ilə ezofaqskopiyanın köməyi ilə aparılır.
Qida borusunun xərçəngi aşağıdakı əlamətlərlə özünü biruzə verir:
- qida borusunda dolma defekti
- qida borusunda peristaltikanın olmaması
- qida borusunun relyefinin pozulması
- qida borusunun konturlarının deformasiyası
Şişin qonşu orqanlara yayılmasını bilmək üçün rentgenoqrafiyanın və kompyuter qrafiyasının nəticələri əsas götürülür. Qida borusunun xərçənginə şübhəli olan hər bir kəs mütləq ezofaqoskopiya edilməlidir.