Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2020 19:51
Boğazı qarqara etmək koronavirusun profilaktikasına və müalicəsinə kömək edə bilər.
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, tayvanlı alimlər belə bir iddia ilə çıxış ediblər.
Boğazı yaxalamaq üçün krandan gələn adi sudan, həmçinin, fizioloji məhlul və ya süfrə duzları olan qatqıdan istifadə etmək tövsiyə olunur.
Alimlər xəstəliyin ilk günlərində virusun məhz boğazda daha çox aktiv olduğunu, ən yüksək konsentrasiyanın burada toplandığını vurğulayırlar.
Tayvanlı elm adamlarına görə, boğazı yaxalamaq xəstəliyin erkən mərhələdə qarşısını ala bilər.
Mütəxəssislər qarqara etməyin maska və əlcək taxmaq qədər təsirli və zəruri olduğunu vurğulayıblar.